İllüstrasiyalar: OVD-İnfo

21.06.2024

İnzibati həbs olunanların saxlanma məntəqəsinə (Спецприёмник), istintaq təcridxanası (СИЗО) və koloniyaya bağlamanı necə toplamalı


Rusiya şəhərlərində Ukraynaya müdaxiləyə qarşı etiraz aksiyalarında iştiraka görə insanları saxlanılırlar, istintaq təcridxanalarında və koloniyalarda siyasi məhbuslar qalmaqdadır. Saxlanılan şəxsləri və məhbusları pis şəraitdə saxlayırlar, buna görə də onların «azadlıqdan» köməyə ehtiyacları vardır. Bu instruksiyada biz müxtəlif müəssisələrə bağlamaların toplanmasının və ötürülməsinin düzgün qaydası haqqında danışacağıq.

Lüğət

İnzibati həbs olunanların saxlanma məntəqəsi (Спецприёмник). Daxili İşlər Nazirliyinin nəzdnindədir və məhkəmənin inzibati həbs təyin etdiyi şəxslərin saxlanılması üçün nəzərdə tutulub. Saxlanılanlar məhkəməyə qədər polis şöbəsində olurlar.

Müvəqqəti saxlama təcridxanası (ИВC — изолятор временного содержания). Həmçinin Daxili İşlər Nazirliyinə aiddir, lakin bir qayda olaraq barələrində hələ qətimkan tədbiri seçilməmiş cinayət törtəməkdə şübhəli şəxslər üçün nəzərdə tutulub. Əgər inzibati həbs olunanların saxlanma məntəqələrində yer yoxdursa inzibati həbs olunmuş şəxslər də müvəqqəti saxlama təcridxanasına yerləşdirilə bilərlər.

İstintaq təcridxanası (СИЗО — следственный изолятор). Buraya barələrində həbs qətimkan tədbiri seçilmiş cinayət törətməkdə ittiham olunan şəxslər yerləşdirilirlər. İstintaq təcridxanasında məhbuslar qapalı kameralarda saxlayırlar. Müəssisə Cəzaların icrası federal xidmətinə (ФСИН — Федеральная служба исполнения наказаний) aiddir.

Cərimə təcridxanası (ШИЗО — штрафной изолятор). Cəzaların icrası federal xidmətinə müəssisələrin ayrıca bir bölməsidir. Burada saxlanma rejimini pozmuş şəxslər üçün nəzərdə tutulmuş kameralar yerləşir. Burada məhbusların hüquqlarını daha da məhdudlaşdırırlar.

Kamera tipli otaq (ПКТ — помещение камерного типа). Koloniyanın cərimə təcridxanasından (ШИЗО) da daha sərt saxlanma şərraiti olan ayrıca hissəsi. Oraya  rejimin daha «qatı» pozucuları göndərilirlər.

Bağlama nədi̇r?

Bağlamalar — məhbuslara ötürülən ərzar və əşyalardır. Onlara ehtiyac vardır, çünki Daxili İşlər Nazirliyinin və Cəzaların icrası federal xidmətinin müəssisələrində heç də hər zaman qanun üzrə nəzərdə tutulmuş normativlərə riayət olunmur — məsələn, ehtiyac olduğu qədər gigiyena vasitələri verilmir, su və yetəri qədər keyfiyyətli qida ilə təchiz olunmurlar.

Bağlamaları yetkinlik yaşına çatmış istənilən şəxs ötürə bilər — fərq etməz, qohumdur ya yox. Bir adam gündə yalnız bir məhbusa bağlama ötürə bilər.

Bağlamaların ötürülməsini ciddi şəkildə əlaqələndirmək lazımdır, çünki onların aylıq çəkisi limitləşdirilib, bəzi koloniyalarda isə hətta bağlamaların sayına da məhdudiyyət vardır. Adətən buna məhbusun qohumları və ya dəstək qrupu nəzarət edir.

Əgər siz qohum deyilsinizsə, lütfən, məhbusun yaxınlarının, vəkillərin və ya dəstək qrupunun razılığı olmadan bağlama ötürməyin. Əgər siz nəyisə əlaqələndirmədən ötürsəniz başqa adamdan bağlamanı qəbul etməyə bilərlər.

Bağlamaların ötürülməsinin ümumi qaydaları aşağıdakılara barəsində heç də hər zaman tətbiq olunmur:

  • tərbiyyə müəssisələrinin məhbusları (yəni ki, yetkinlik yaşına çatmamış şəxslər üçün koloniyalarda olanlar)
  • cərimə təcridxanası (ШИЗО) və kamera tipli otaqlardakı məhbuslar (onlar barəsində məhdudiyyətlər var)
  • məhdud imkanlı, hamilə qadınlar və südəmər uşaqları olan qadınlar (onlar üçün yumşalmalar var)
  • aclıq aksiyasından sonra məhbuslar üçün (onlara xüsusi qida lazımdır)

Bağlamalar bürosu

Bağlamalar bürosu — müəssisənin ərazisində bağlamaları verə biləcəyiniz kiçik bir otaqdıq. Oraya getməzdən əvvəl müəssisənin saytında onun iş saatlarını yoxlamaq yaxşıdır.

Özünüzlə götürməlisiniz:

  • pasport
  • qələm
  • bağlama üçün məhsul və əşyalar
  • bağlamanın ötürülməsi üçün çap olunmuş qəbzlər (onları yerində də götürmək olar, amma əvvəlcədən özünüzlə götürməniz daha yaxşıdır)
  • nəyisə bir qabdan boşaltmaq lazım gələrsə kiçik polietilen paketlər
  • içində bağlamanın məhbusa veriləcəyi bir-iki böyük paket
  • mayelər üçün şəffaf plastik butulkalar və daha qatı qida üçün plastik konteynerlər

Bağlamalar bürosundakı növbələr haqqında nə demək olar?

Bəzi müəssisələrdə növbədə yerin əvvəlcədən elektron tutulması üçün ФСИН.Окно xidməti fəaliyyət göstərir. Canlı növbə ilə bağlamanın ötürülməsi adətən 30 dəqiqədən 3 saatacan çəkir. Qaydalar hər yerdə fərqlidir: bəzi yerlərdə canlı növbə elektron növbə ilə parallel gedir, bəzi yerlərdə isə səhər elektron qəbul edirlər, günortadan sonra isə — canlı.

İnzi̇bati̇ həbs və i̇nzi̇bati̇ həbs olunanlarin saxlanma məntəqəsi̇ (спецприёмник)

Şəxsi saxladılar və məhbusları daşımaq üçün avtomobilə saldılar

Etiraz aksiyaları zamanı polis adətən məhbusları daşımaq üçün avtomobilin məhbuslarla dolmağını gözləyir — bu isə bir neçə saat çəkə bilər. Şəxs polis bölməsinə aparılana qədər məhbusları daşımaq üçün avtomobildə ona su, qida batonları, pauerbank, kabel və vəkillərin əlaqə nömrələrini verməyə cəhd edə bilərsiniz. Bunun üçün polislərdən xahiş etmək lazımdır, lakin onların əşyaları verib-verməməsi onların istəyindən və sizin inadınızdan asılıdır.

Şəxsi daxili işlər orqanlarına (ОВД) və ya məhkəməyə gətirdilər

Bəzən müxtəlif bəhanələrlə polis şöbəsinə və ya məhkəməyə ziyarətçiləri buraxmırlar. Ona görə də məhkəmədə (inzibati işlər üzrə) aşağı gəlib bağlamanı götürməsi üçün vəkili çağırmaq, polis şöbəsində isə növbətçi polis ilə danışmaq lazımdır.

Polis şöbəsində bağlamanı qəbul etmirlərsə aşağıdakılara istinad etmək olar:

  • Rusiya Federasiyası Hökümətinin 16 aprel 2012-ci il tarixli qərarının 20-ci bəndinə
  • Bu qərarın 4 nömrəli qoşmasına

Siz saxlanılan şəxsin ad, soyad və ata adını bilirsinizsə, pasportunuz üzərinizdədirsə və siz qəbul saatlarında gəlmisinizsə (adətən saat 10:00–dan 18:00–dək, 13:00–14:00 aralığında nahar fasiləsi olmaqla), bağlamanı sizdən qəbul etməlidirlər.

Əgər siz qəbul saatlarından fərqli vaxtda gəlsəniz, növbətçi ilə danışmaq lazımdır. Çox vaxt onlar şöbələrində bir neçə ac insanın olmasını istəmədiklərindən, bağlamanın verilməsinə yenə də icazə verirlər.

Kütləvi etirazlar zamanı polis müdafiəçiləri məhbusların yanın buraxmamaq üçün tez-tez «Qala» («Крепость») planı elan edirlər. Bu vəziyyətdə bağlama ötürmək demək olar ki, mümkünsüz olur. Buna baxmayaraq, «Qala» əzmkarlıqla sındırıla bilər: şöbəyə kütləvi zənglər və növbətçinin adına yazılı şikayətlər ilə. Həmçinin bələdiyyə deputatlarından, hüquqşünaslardan, İctimai nəzarət komissiyasının (ОНК — Общественная наблюдательная комиссия) üzvlərindən də kömək istəyə bilərsiniz. Onların içəri buraxılacağına zəmanət olmasa da, amma bəzən bu kömək edir.

Şəxsi inzibati həbs olunanların saxlanma məntəqəsinə yerləşdirdilər

Həbs edildikdən sonra şəxs inzibati həbs olunanların saxlanma məntəqəsinə aparılır. O, 30 günə qədər orada qalacaq. Bağlamaların ötürməsi qaydaları məntəqədən asılı olaraq dəyişə bilər, ona görə də qaydaları müəssisənin saytında əvvəlcədən dəqiqləşdirmək daha yaxşıdır. Bütün həbs müddəti üçün bağlamaların maksimum ümumi çəkisi 30 kiloqramdır, bağlamaların sayına məhdudiyyət yoxdur.

Bunları dəqiq vermək olar:

  • doğranmış çörək
  • suşka və suxarı
  • pryanik
  • peçenye və içində alkoqol olmayan konfetlər
  • bərk növ pendirlər və hisə verilmiş kolbasa
  • su
  • gigiyena vasitələri: diş fırçası və pastası, quru və nəm (spirtsiz) salfetlər, tualet kağızı
  • dərmanlar (yalnız saxlanma məntəqəsinin həkiminin reseptinə uyğun)
  • köpüklü xalça
  • adyal və yuxu kisəsi
  • kitablar
  • kağız, qələm (mavi və ya qara rəngli), zərflər və markalar
  • işin materialları

İbti̇dai̇ həbs və i̇sti̇ntaq təcri̇dxanasi (SİZO)

İstintaq təcridxanasına ayda 30 kiloqram ötürə bilərsiniz — bu zaman həm adi bağlamalar, həm də onlayn mağaza vasitəsilə sifarişlər sayılır. Bağlamalar və məhbusun şəxsi pulu ilə aldığı şeylər nəzərə alınmır, lakin bağlamaların çəkisi məhduddur.

Kişi məhbus 50 kiloqrama qədər şəxsi əşya və ərzaq məhsulları saxlaya bilər (sənədlər nəzərə alınmır). Qadınlar üçün limit 30 kiloqramdır. İstintaq təcridxanalarında hamilə qadınlar və yanlarında üç yaşadək uşağı olan qadınlar üçün limit yoxdur.

Bəzən təxribatçılar məhbusun limitini tükətmək üçün qəsdən ona lazımsız əşyalar ötürürlər. Belə hallarda məhbus konkret şəxsin bağlamalarından yazılı imtina edə bilər.

Başa düşməlisiniz ki, istintaq təcridxanasında çox əşyanın olması narahatçılıqdır. Birincisi, orada demək olar ki, saxlama yeri yoxdur. İkincisi, şəxs koloniyaya köçürülsə, onları daşımaq çətin olacaq. Üçüncüsü, koloniyada əşyaları ondan alıb anbarda saxlanmağa göndərəcəklər. Həbsdə olduqları müddətdə onları oğurlamasalar belə, onların zamanla məhv olma riski var.

Nəyi ötürmək olmaz?

Bütün bağlamalar yoxlanılır. Yeməkləri qablaşdırmadan çıxarmaq və şəffaf torbalara yerləşdirmək tələb oluna bilər, buna hazır olun.

Qadağan olunmuş ərzaq məhsullarının siyahısı bağlamalar bürosundakı stenddə və ya müəssisənin saytında yerləşdirilməlidir. Həmçinin də, hər bir istintaq təcridxanasının nizamnaməsi və «rəhbərliyin göstərişləri» var. Hər hansı konkret ərzaq məhsulu və ya əşyanın buraxılıb-buraxılmaması yerində konkret işçidən asılıdır.

Həmçinin, bir çox müəssisələrdə mövsümi məhdudiyyətlər də var. Məsələn, yayda tez xarab olan ərzaq məhsulları ötürülə bilməz, çünki kameralarda və baraklarda heç də hər zaman soyuducu olmur.

Qadağan olunmuş ərzaq məhsulları:

  • həyat və sağlamlıq üçün təhlükə yaradan və ya cinayət törətmək üçün silah kimi istifadə edilə bilən əşyalar, maddələr və ərzaq məhsulları (məsələn, bıçaq və alışqanlar)
  • bişirilməsini tələb edən ərzaq (qaynar su ilə tökülməklə bişə bilənlər istisna olmaqla)
  • ev konservləri
  • yumurta
  • souslar
  • giləmeyvə, qarpız, yemiş, ananas, göbələk
  • dəmir və şüşə qablarda məhsullar

Nə verilə bilər?

Ərzaq məhsulları:

  • böyük tumları olmayan yuyulmuş quru meyvələr — alma və armud; hər yerdə olmaya bilər — banan, mandarin, portağal, limon (qışda məhbusda vitamin çatışmazlığını əsas gətirərək qəbul edicini inandıra bilərsiniz)
  • tərəvəzlər — soğan, sarımsaq, yerkökü; hər yerdə olmaya bilər — xiyar və pomidor
  • çəyirdəksiz quru meyvələr — ərik qurusu, gavalı qurusu, kişmiş, əncir qurusu, xurma; qabıqsız qoz-fındıq
  • çay — yalnız qara yarpaqlı çay, əlavələrsiz; paketlərdə çay heç də hər yerdə qəbul edilmir
  • kofe və kakao (sizdən paketə tökməyiniz xahiş oluna bilər)
  • ağ tikə qənd
  • içliyi olmayan konfetlər və karamellər
  • peçenye, pryaniklər, vafli — hamısı içliksiz, üstü şirəsiz və səpkisiz
  • suxarı, suşki və simitlər
  • çörək
  • şokolad, marmelad
  • qatqısız sıyıqlar və müsli (sizdən onları paketə tökməyi xahiş edə bilərlər)
  • tez hazır olan şorbalar, əriştə, kartof püresi (ədviyyatlar və əlavələr olmadan)
  • çiy hisə verilmiş kolbasa (adətən dilimlənmiş, lakin bəzən bütöv tələb olunur), bişirilmiş hisə verilmiş kolbasa (yalnız qışda), hisə verilmiş balıq (sümüksüz), salo — hər şey vakuumlu qablaşdırmada və üzərində son istifadə tarixini göstərən mağaza stikeri olmalıdır.
  • şəffaf plastik butulkada süd (25°C-yə qədər temperaturda ən azı 10 gün saxlama müddəti ilə)
  • butulkada içməli yoqurt, kəsmik (hamısı əlavəsiz, 25°C-yə qədər temperaturda uzun müddət saxlanıla bilən)
  • kərə yağı, bərk pendir növləri (yararlılıq müddəti göstərilməklə orijinal qablaşdırmada)
  • şirələnmiş kəsmiklər
  • bəzən Tetra Pak qablaşdırmasında şirə və içkilər ötürməyə icazə verirlər, lakin əvvəlcədən dəqiləşdirmək daha yaxşıdır
  • həmçinin bəzən ət və balıq konservlərini də ötürməyə icazə verilir

Məhsullar şəffaf polietilen torbalarda və ya üzərində yararlılıq müddəti göstərilməklə orijinal qablaşdırmalarında olmalıdırlar. Bəzi müəssisələrdə məhsullar əvvəlcədən qablaşdırıla bilər, digərlərində isə bunu bilvasitə bağlamalar bürosunun qarşısında edilməsini tələb edirlər. Əgər siz müəssisənin qaydalarını bilmirsinizsə, məhsulları əvvəlcədən qablaşdırmadan çıxarmaq, paketlərə tökmək lazım deyil. Əgər məhsulları çəki ilə alırsınızsa, onda üzərilərində çəkisini göstərən qiymət etiketi olmalıdır. Ərzaq məhsullarını bazarda almısınızsa, onların çəkisini özünüz üçün qeyd edə, daha sonra isə supermarketə gedib müvafiq stiker götürə bilərsiniz.

Gigiyena vasitələri:

  • paltar sabunu (birinci dəfə — plastik sabun qabı ilə bir yerdə)
  • tualet kağızı
  • plastik diş fırçası (birinci dəfə plastik qab ilə bir yerdə) və plastik qablaşdırmada diş pastası
  • spirtsiz nəm və quru salfetlər
  • şampun, duş geli, üz qırxmaq üçün gel (şəffaf plastik qablaşdırmada və ya süzmək üçün şəffaf butulka ilə)
  • diyircəkli dezodorant (aerozol deyil, spirtsiz və plastik qablaşdırmada)
  • plastik tübiklərdə krem
  • yuyucu toz (paketə tökməyiniz xahiş oluna bilər)
  • paltar yumaq üçün plastik ləyən
  • rezin əlcəklər
  • qabların yuyulması üçün süngərlər
  • şəffaf qablaşdırmada qabyuyan vasitə
  • hamam lifi (moçalka)
  • əlüz dəsmalı (qəbul olunmaya bilər)
  • ağ yataq dəsti — iki çarşaf və yastıq üzü (qəbul olunmaya bilər)
  • dırnaq tutan (deşici-kəsi elementləri və dırnaq itiləyicisi olmadan)
  • birdəfəlik ülgüclər
  • daraq
  • qadınlar üçün — gigyenik bezlər və tamponlar (istintaq təcridxanalarında onlar çox az verilir)

Paltar

İcazə verilən paltarların siyahısı daxili qaydalara əlavələrdə müəyyən edilmişdir. Bir qayda olaraq, üzərində çap və loqotiplər olan geyimlərin, kamuflyaj geyimlərinin və ya ilgəkli və qıylı paltarların ötürülməsinə icazə verilmir. Şəxsin dəqiq geyim ölçülərini bilmirsinizsə, daha böyük olanını seçmək daha yaxşıdır.

  • tumanlar, corablar
  • termal alt paltarı
  • futbolkalar
  • sviterlər
  • idman dəsti
  • şalvarlar, cinslər
  • supinatorları, qıyları və metal dabanı olmayan ayaqqabılar — məsələn, yapışqanlı (lipuçkalı) krossovkalar
  • rezin şap-şaplar
  • gödəkcə
  • papaq
  • yun əlcəklər
  • əşyaların saxlanması üçün böyük çanrta
  • beruşi və yuxu maskası (istintaq təcridxanasında bəzən sutka boyu işıqlı və səs-küylü ola bilər)

Daha nələr?

  • 0,6 kVt gücündə suqaynadan (bəzi istintaq təcridxanalarında yalnız müəyyən növ suqaynadanlar və ya plastik çaydanlar qəbul edilirlər, buna görə də əvvəlcədən dəqiqləşdirmək yaxşı olar)
  • siqaretlər — hətta məhbus özü siqaret çəkməsə də onları nəyəsə dəyişmək üçün valyuta qismində lazım ola bilərlər (bəzi yerlərdə elə qutuda qəbul edirlər, bəzi yerlərdə isə böyük paketə tökmək lazım ola bilər — bu halda siqaretləri siyahıda sonuncu qeyd etmək lazımdır ki, paketin üst hissəsində olsunlar ki, qırılmasınlar)
  • kibrit (paketə tökmək xahiş oluna bilər)
  • plastik stəkan, boşqab və kasa
  • yazı vasitələri — karandaş, prujunsuz mavi və ya qara qələm, prujunsuz dəftər, kağız, markalı zərflər
  • açıqçalar — məhbusun yazıb yaxınlarına göndərə bilməsi üçün
  • məhkəməyə sənəd aparıb gətirməyə lazım olan kağızlar üçün qovluq (koloniyaya olar, amma istintaq təcridxanasına olmaz)

Bağlamanı qəbul etməyə bilərlər?

Bəli. Məhbusu başqa müəssisəyə köçürüblərsə, məhkəməyə və ya istintaq hərəkətlərinə aparıblarsa, karserə yerləşdiriblərsə və ya bağlama icazə verilən limiti aşırsa onu qəbul etməyəcəklər.

Bağlamanı poçtla necə göndərmək olar?

Poçtla göndərilən bağlamalarda şəxsən verilən bağlmalarda icazə verilən hər şeyi göndərmək olar, tez xarab olan ərzaq məhsulları istisna olmaqla. Bunun üçün poçt şöbəsindən lazımi ölçülərdə qutu almaq, əşya və ərzaq məhsullarını içinə yığmaq, göndəriş qəbzini doldurmaq və hamısını poçtla göndərmək lazımdır. Poçt göndərişləri nisbətən daha ləng çatırlar, buna görə də istintaq təcridxanasına yaxın poçt şöbəsini seçmək daha yaxşı olar.

Kitabları necə ötürməli?

Adətən təcridxanaya kitabları poçt bağlamalarında göndərmək olar, lakin bəzi istintaq təcridxanalarına kitabları yalnız OZON xidməti vasitəsilə göndərmək olar. Bunun üçün kitabları «səbətə» əlavə edib kitabları alacaq şəxsin ad, soyad, ata adı və doğum tarixini qeyd edib poçtla göndərişi seçib təcridxananın ünvanını qeyd etmək lazımdır. Əlavə olaraq qeyd edilməlidir ki, bağlamanı «İstintaq təcridxanasının bağlama bürosuna» çatdırmaq lazımdır. İstintaq təcridxanasınasına daxil olduqdan sonra kitabları yerli kitabxanaya verəcəklər, məhbus isə oradan kitabları müvəqqəti oxumaq üçün götürə bilər.

Digər kitablarla yanaşı hüquq ədəbiyyatı da göndərilə bilər — məsələn, Cinayət-prosessual məcəlləsi, Cəza-icra məcəlləsi, İstintaq təcridxanasının daxili qaydaları və s.

Dərmanları necə ötürməli?

İstintaq təcridxanalarının və koloniyaların tibb məntəqələrində əsas dərman vasitələri olmalıdır, amma əslində onlar çox vaxt çatışmır.

Dərman və ya vitamin ötürmək üçün onlar müəssisənin həkimi tərəfindən təyin olunmalıdırlar. Bunun üçün məhbus səhhətində yaranan problemlər barədə tibb məntəqəsinə məlumat verməlidir. İstintaq təcridxanasında lazımi dərmanlar yoxdursa, həkim resept yazmalıdır. Məhbusun yaxınları resepti bağlama bürosundan götürə bilərlər.

Tibbi vasitələrin ötürülməsinin fərqli cədvəli var — onunla bağlama bürosunda və ya müəssisənin saytında tanış olmaq olar. Bir qayda olaraq, dərmanların ötürülməsi üçün əvvəlcədən telefonla razılaşdırmaq lazımdır. Bundan əlavə, bu cür ötürmələrin ayrıca bir qəbzi var.

Vacibdir: dərman çeklərini saxlayın.

İstintaq təcridxanasında daim işıq yandığından insanların görmə qabiliyyəti zəifləyir, buna görə də onlara eynək tələb oluna bilər. Türmədəki göz həkimi tərəfindən təsdiq olunmuş resept olduqda onları bağlama və ya poçt göndərişi ilə ötürmək olar. Eynək (həm linzalar, həm də çərçivə) və eynək qabı plastmassdan olmalıdır, heç bir metal detalı olmadan.

Koloni̇ya

Məhbus koloniyaya göndərilməmişdən qabaq ona nələr ötürmək lazımdır?

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsi köçürülmə, yəni ki, istintaq təcridxanasından koloniyaya aparılma gözləyir. Şəxsin hara köçürüldüyünü əvvəlcədən öyrənmək mümkün deyil (istisnanı məntəqə tipli koloniyalar təşkil edir ki, məhkəmə məhkuma oraya özünün gətməsi barədə göstəriş vermiş olsun). Koloniya başqa bir regionda yerləşə bilər və köçürmə bir neçə həftə çəkə bilər. Qeyd etmək lazımdır ki, qatarda məişət şəraiti son dərəcə pisdir və orada boş yer demək olar ki, olmur.

İstintaq təcridxanasının rəhbərliyi hökmün qanuni qüvvəyə minməsi barədə bildirişi aldıqdan sonra 10 gün ərzində şəxsi cəzaçəkmə müəssisəsinə göndərməlidir. Bu müddət ərzində məhbusdan nəyin çatışmadığı öyrənmək vacibdir.

Ötürmək olar:

  • plastik butulka — qatarda tualetə getməyə icazə verilmədikdə faydalı olacaq
  • nəm salfetlər — onlar duşu əvəz edəcəklər
  • isti paltar və şap-şap
  • siqaret
  • yüngül, lakin qidalı yemək — məsələn, tez hazırlanan əriştə, konfet, şəkər, çay
  • bir neçə litr su

Məhkum çox kitab oxusa belə, ona özü ilə daha az kitab götürməyi tövsiyə edin. Xüsusilə qandallı vəziyyətdə və daimi yoxlamalar və axtarışlar şəraitində onları daşımaq ağırdır və narahatdır.

Koloniyaya nə ötürməli?

Koloniyalarda bir bağlama və poçt göndərişinin maksimum çəkisi 20 kiloqram, banderol üçün 5 kiloqramdır. Kişi koloniyalarında bağlama və poçt göndərişlərinin sayı rejimin növündən və cəzanın çəkilməsi şəraitindən asılıdır; qadın koloniyalarında qeyri-məhduddur. «Açıq məkan» («Открытое пространство») fəalları tərəfindən hazırlanmış cədvəldən istifadə edərək bağlama limitlərini yoxlaya bilərsiniz.

İcazə verilən əşya və məhsulların siyahısı əsasən istintaq təcridxanasına ötürülə bilənlərlə üst-üstə düşür (yuxarıda bu barədə ətraflı qeyd edilib).

Paltar ötürməyə ehtiyac varmı? 

Koloniyalarda (məntəqə tipli koloniyalar istisna olmaqla) məhbuslara mütləq həbsxana forması verilməsi tələb olunur — bu, onların əsas geyiminə çevriləcəkdir. Bununla belə, koloniyaya mayka, futbolka, alt paltarı və corab, o cümlədən yun corablar ötürə bilərsiniz.

Ayaqqabılara gəldikdə isə, koloniya rəhbərliyinin hansı növə ayaqqabılar icazə verəcəyini əvvəlcədən söyləmək çətindir. Siz loqotipləri, qıyları, bağları olmayan qara krossovkalar ötürməyə cəhd edə bilərsiniz, belələrin şansı daha yüksəkdir.

Dərmanları necə verməli?

Dərmanlar koloniyanın tibb məntəqəsinə verilə və ya poçtla göndərilə bilərlər. Dərman və vitaminlərlə bağlamalar ümumi bağlama limitlərinə daxil deyillər — onların öz limitləri var. Məhkum xəstələnərsə, o, limitdən artıq əlavə dərman bağlamaları da ala bilər. Nəyin dəqiq və hansı miqdarda verilə biləcəyi barəsində qərarı tibbi komissiya, yaxud koloniyanın həkimi və ya koloniyanın nəzdində olan xəstəxananın həkimi verir.